Müsabiqə haqqında:
“Azərxalça” gənc, istedadlı rəssam və dizaynerləri “Zəfər” kolleksiyası müsabiqəsində iştirak etməyə dəvət edir.
Seçmə mərhələsini uğurla keçən gənclər üçün yerli və xarici mütəxəssislərdən ibarət qrup tərəfindən rəsmi kurslar təşkil olunacaq. Bir ay ərzində müsabiqə iştirakçıları lazımı biliklərə yiyələnməklə yanaşı özlərinin 10 noyabr - Qələbə gününə həsr olunmuş xalça və xalça məmulatlarını hazırlayacaqlar.
Müsabiqədə iştirak etmək üçün şərtlər çox asandır. Bunun üçün bizə portfolio və Qələbə günü və ya Qarabağ mövzusunda hazırlanan xalça və ya xalça məmulatları eskizlərinizi göndərmək kifayətdir!
▪️Portfolionun forması: Link
▫️Eskizlərin formatı: 3 rəngli eskiz (A4)
▪️Müraciət üçün son tarix: 20 avqust, 23:59
▫️Ünvan: creative@azerxalca.az