məlumat yüklənir
“Zəfər” kolleksiyasını hazırlayacaq gənclər təlimlərə başladılar
6 Oktyabr
https://azerxalca.az/storage/projects/October2021/lsvWtRDvwvbLtoTsOyzS.jpg
https://azerxalca.az/storage/projects/October2021/hunCzd5X1AXjwys1Hqb6.jpg

Bu möhtəşəm qələbəni “Azərxalça” ASC özünün gənclərlə birlikdə hazırlayacağı “Zəfər” kolleksiyası ilə tarixə ilmələrlə yazacaq!

Yaddaşlarımıza əbədi həkk olunan Vətən müharibəsinin ildönümü münasibəti ilə “Azərxalça” ASC-nin həyata keçirdiyi tədbirlər arasında “Zəfər” kolleksiyasının xüsusi yeri var. İyul ayında elan olunan müsabiqənin artıq seçmə mərhələsi sona çatıb.

Mərhələni uğurla keçən 14 gənc, istedadlı rəssam və dizaynerlərlə oktyabr ayının 1-də “Book Center”də görüş baş tutub. Görüşdə “Azərxalça” ASC İdarə Heyətinin Sədri Emin Məmmədovla yanaşı, "Azərxalça" ASC-nin kreativ direktoru, fəlsəfə üzrə doktor, layihənin kuratoru, dosent Əsmər Abdullayeva, təlimçilər və cəmiyyətin layihə iştirakçısı olan digər çıxışçılar iştirak ediblər.

Gənc dizaynerlər görüş zamanı layihənin kuratoru, dəvət olunmuş çıxışçılar və eləcə də təlimlərin proqramı ilə tanış olublar. Bundan əlavə, Emin Məmmədov da çıxış edərək seçmə mərhələni keçmiş gənclərə təlimlərdə uğurlar arzulayıb və yaradılmış şəraitdən çox faydalı şəkildə istifadə etməyi məsləhət görüb.

https://azerxalca.az/storage/projects/October2021/1PyC5aKltkleTfYAnf71.jpg
https://azerxalca.az/storage/projects/October2021/7zfnANZkxcKlzFraUSBQ.jpeg