məlumat yüklənir
“Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi sona yetdi
4 noyabr
https://azerxalca.az/storage/projects/November2021/WHkHMfyyc4PE7Fsv3xPs.jpg
https://azerxalca.az/storage/projects/November2021/BPaALwB57ctrjeyorh3t.jpg

“Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi sona yetdi

Bu ilin iyul ayında elan olunan müsabiqəyə müraciət edən yüzlərlə gənc sırasından yalnız 13 nəfər seçmə mərhələni keçərək təlimlərə qatılmışdı. 1 ay davam edən təlimlər zamanı gənc dizayner və rəssamlar həm yerli, həm də xarici mütəxəssislərlə təcrübələrini bölüşdülər. Təlimlər həm nəzəri, həm də praktiv yöndə baş tutub.

Noyabr ayının 4-də “Azərxalça” ASC –nin İçərişəhərdə yerləşən qalereyasında müsabiqənin son mərhələsi baş tutdu. Tədbiri “Azərxalça” ASC sədri Emin Məmmədov açıq elan edərək, hər bir gəncə müsabiqədə iştirakına görə təşəkkür etdi. Bildirildi ki, milli xalçaçılıq irsimizin qorunması və gənclər arasında xalçaçılıq sənətinə marağın artırılması yönündə “Zəfər” kolleksiyası xalça müsabiqəsinin müstəsna rolu olacaq.

Çıxışı zamanı sədr qeyd etdi ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, gənclərimiz arasında təbliğ olunmasında müsabiqələrin keçirilməsi vacibdir və bundan sonra “Azərxalça” ASC gənclərlə daha sıx əməkdaşlıq edəcək. 13 gənc təlimçilər, rəssamlar və tanınmış incəsənət xadimlərinə öz əsərlərini təqdim etdi. Hər bir gənc əsərini təqdim etməklə yanaşı onun fəlsəfəsini də hər kəsə izah edərək müdafiəsini yekunlaşdırdı. Daha ətraflı...

https://azerxalca.az/storage/projects/November2021/ITup7hkGgaMF7owyxboh.jpg
https://azerxalca.az/storage/projects/November2021/lREF7qMRfaXBumosFOTr.jpg
https://azerxalca.az/storage/projects/November2021/KSKCUlaeFCX8PuBPiIK2.jpg
https://azerxalca.az/storage/projects/November2021/93pM2iCtuk5txbToRG2h.jpg