Quba məktəbinin “Pirəbədil” xalçasının sahəsi 24 kv.m.
Bu gün “Azərxalça”nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib. "Report"un "Azərxalça"ya istinadən verdiyi xəbərə görə, xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub. Quba məktəbinə aid "Pirəbədil" çeşnisi ilə toxunan xalça 24 kv. metrdir.
Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.