məlumat yüklənir
Polad Bülbüloğlu: "Azərbaycan xalçaları dünyanın nüfuzlu muzeylərində layiqli yer tutur"
"Azərbaycan xalçaları dünyanın nüfuzlu muzeylərində layiqli yer tutur".
https://azerxalca.az/storage/projects/January2022/HsUjPDI0mGZtiZAUeqIO.jpg
https://azerxalca.az/storage/projects/January2022/YtNEdrzluHNZyHEnCW0T.jpg

Azərbaycan xalçalarının yeni həyatı

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Emin Məmmədov ölkəmizdə xalçaçılıq sənətinin tarixindən, dövlətimizin bu sənətə göstərdiyi dəstəkdən danışıb, respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalça sənətinin UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil edildiyini xatırladıb: “Biz də “Azərxalça” olaraq klassik xalçaçılıq sənətimizin ənənələrini yaşatmağa, yeni-yeni istiqamətlər tətbiq etməyə çalışırıq. Qədim xalçalar əsasında müasir, yeni dizayna malik məhsullar ərsəyə gətirmək üçün konseptual rəssamları cəlb edirik”.

Tədbirin rəsmi hissəsi Azərbaycan xalçalarından ibarət ümumi sərgi, “Azərbaycan xalçalarının yeni həyatı” adlı təqdimat, Azərbaycan xalçalarının toxunma prosesini izah edən master-klassdan ibarət olub. Rəsmi hissədən sonra qonaqlara Azərbaycan milli mətbəxinin təamları, milli şərabları və Azərbaycandan xüsusi dəvət olunmuş sənətçilər – Riad Məmmədov və Aslan Əhmədovun ifasında konsert proqramı təqdim olunub. Daha ətraflı...

https://azerxalca.az/storage/projects/January2022/3WfYbVrtGbp6nYf3r6UX.jpg
https://azerxalca.az/storage/projects/January2022/k2sCrtJ9zg8K1kcsp0Os.jpg