“Azərxalça”nın xalçaları Duty-Free-də
Artıq Azərbaycana səyahətə gələn xarici turistlər öz vətənlərinə “Azərxalça”nın möhtəşəm xalçalarını alaraq qayıdacaqlar.
Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında (Duty free) “Azərxalça” ASC-nın rəsmi satış nöqtəsi fəaliyyətə başlayıb. Burada turistlər kiçik ölçülü suvenir xalçalarla yanaşı, böyük ölçülü müxtəlif xalçaları da əldə edə biləcəklər.