Məqalə “Azərxalça” ASC-nin layihəsi çərçivəsində hazırlanıb və erməni xalça mütəxəssisləri tərəfindən millətçilik məqsədləri naminə real tarixi-mədəni kontekstin təhrif edilməsinə dair nümunələr nümayiş etdirilir. Yaxın vaxtlarda oxuculara xalçalarımızın tarixindən bəhs edən, çoxlu faydalı və maraqlı məlumatları özündə əks etdirən silsilə materiallar təqdim olunacaq.
Oxucunu sakitləşdirməyə tələsirəm: söhbət əsl bombardmandan getmir. Söhbət Qafqazda qədim zamanlardan bir çox xalqların nümayəndələri tərəfindən toxunmuş xalçalardan gedir. 44 günlük müharibə Azərbaycanla Ermənistan arasında bu cəbhədə də qarşıdurmanı daha da gərginləşdirdi. Digər səbəb isə Şuşa şəhərinin Azərbaycan xüsusi təyinatlıları tərəfindən tutulması ərəfəsində ondan çıxarılan xalçaların İrəvanda sərgilənməsi olub. Azərbaycan Ermənistanı öz ərazisindən qeyri-qanuni xalça ixrac etməkdə ittiham edib.
Bunun ardınca erməni tərəfinin qəzəbli nəşrləri dalğası gəldi. Münaqişənin predmeti nə çox, nə də azdır - hər bir tərəfin milli kimliyi. Azərbaycanlılar erməniləri hərfi mənada “oğurluqda” (işğal olunmuş ərazilərdən qeyri-qanuni olaraq xalçaların daşınması) və məcazi mənada bir sıra dünya şöhrətli Azərbaycan kompozisiyalarının (ilk növbədə Gəncə-Qazax və Qarabağ qruplarından olan) ermənilər tərəfindən “mənimsənilməsində” ittiham edirlər. Ermənilər münaqişəni adi “etnik təmizləmə” və “millətin mədəni koduna” qəsd kimi səciyyələndirirlər. Budur xarakterik başlıq: “Qarabağ xalçalarının kompozisiyaları, simvolları və mədəni irsi uğrunda müharibə”. Daha çox oxu...