Close

MENYU

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 32-ci sayı işıq üzü görüb

  • 13 Yan
    2020
  • 15:12
  • 54
  • 2
    0
13.01.2020 - 15:12
54
0

"Azər-İlmə" Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının 32-ci sayı işıq üzü görüb.

Xalçaçılıq Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin gündəliyi, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.

Jurnalın bu sayında akademik İsa Həbibbəylinin "Nəsimi sənətinin qüdrəti", t.e.d., prof. Vidadi Muradovun "Cimi və cimililər", t.ü.f.d. Pərvin Gözəlovun "Xanlıqlar dövrünə aid bayraqlarda atəşpərəstlik elementləri", t.ü.f.d., dos. Gülzadə Abdulovanın "Milli geyimlərdə, aksesuarlarda xalça elementləri və onların semantikası", fil.ü.f.d Çinarə Rzayevanın "Azərbaycan və özbək folklorunda ortaq atalar sözlərinə müqayisəli baxış", fil.ü.f.d., prof. Səhər Orucovanın "Türk xalqlarında Novruz bayramı adətləri", t.ü.f.d., dos. Səbuhi Əhmədovun "Polşa muzeylərində orta əsr Azərbaycan silahları", Eldar Mehdiyevin və p.ü.f.d. Azər Cəlilovun "Atabəy-Eldənizlər dövlətinin hərbi sistemi" və s. kimi materiallar yer alıb.

Jurnalın baş redaktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Xalçaşünaslıq" sektorunun müdiri, Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.

Oxucular jurnalın elektron variantı ilə www.azerilme.az saytında tanış ola bilərlər.

Bu qalereyadakı cəmi şəkil sayı - 10