Close

MENYU

Azərbaycan televiziyası "Azərxalça"nın Nardaran filialından geniş reportaj hazırlayıb

  • 10 Apr
    2019
  • 14:55
  • 68
  • 5
    0
10.04.2019 - 14:55
68
0

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin ötən il fəaliyyətə başlamış filiallarından biri də Bakı şəhərinin Sabunçu rayonunun Nardaran qəsəbəsindədir. Filial binası Azərbaycan Prezidentinin 10 mart 2018-ci il tarixli Sərəncamına əsasən inşa edilib. Adıçəkilən Sərəncama uyğun olaraq, dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərindən Sabunçu rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılıb. Sərəncam uğurla icra olunub, xalça istehsalı emalatxanasının tikintisi yüksək keyfiyyətlə başa çatdırılıb. Ötən ilin sonlarından burada xalça toxunmasına başlanılıb. Filialda 150 toxucunun, 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb.  

Azərbaycan Dövlət Televiziyası "Azərxalça"nın Nardaran filialından geniş reportaj hazırlayıb. Həmin videomaterialı təqdim edirik.