Close

MENYU

İsmayıllıda inşa olunan yeni xalça istehsalı emalatxanası binasının tikintisinə baxış olub

  • 16 Mart
    2019
  • 16:00
  • 193
  • 3
    0
16.03.2019 - 16:00
193
0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon (iki milyon dörd yüz min) manat vəsait ayrılıb. Ötən ilin sonlarında İsmayıllıda "Azərxalça"nın yeni filial binasının tikintisinə başlanılıb.

Martın 15-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov İsmayıllıda tikinti işlərinin gedişi ilə maraqlanıb.

"EL-SEYM İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən binada tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Xalça istehsalı emalatxanasının 2019-cu ilin ortalarında istifadəyə verilməsi nəzərdə tutulub.

Baxış zamanı tikinti işlərinin daha da sürətləndirilməsi və keyfiyyətlə aparılması barədə tapşırıqlar verilib.

IMG_4179

IMG_4188

IMG_4196

IMG_4201

ismayilli-15-03-2019-prev