Close

MENYU

Dağıstan Respublikası Xalq Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Lənkəran filialı ilə tanış olub

  • 16 Mart
    2019
  • 15:50
  • 112
  • 2
    0
16.03.2019 - 15:50
112
0

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovun başçılıq etdiyi nümayəndə heyəti Lənkərana iki günlük səfər edib.

Lənkəranla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində dağıstanlı qonaqlar "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə də tanış olublar.

Məlumat verilib ki, bu filial 2018-ci il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.  

Filial binasının tikintisinə 2018-ci ilin martında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb. Bina toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada, əsasən, Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük verilir.

Bildirilib ki, müəssisədə çalışan toxucular "Azərxalça"nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Qeyd olunub ki, qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, artıq filialda 100-dən çox xalça kəsilib. Dövlət başçısının böyük uzaqgörənliklə yaratdığı Lənkəran xalça istehsalı emalatxanası bu bölgədə xalçaçılıq ənənələrinin yaşadılmasına və inkişafına öz töhfəsini verir.

Qonaqlar burada toxunan xalçalara heyran olduqlarını bildiriblər.

c8b46137-5ac1-422e-9373-5902d9a5ff98