Close

MENYU

“Azərxalça”nın filiallarında Beynəlxalq Qadınlar Günü qeyd olunub

  • 07 Mart
    2019
  • 17:45
  • 102
  • 2
    0
07.03.2019 - 17:45
102
0

Beynəlxalq Qadınlar Günü münasibətilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin bütün filiallarında "Dövlət daim bizi dəstəkləyir" adlı tədbirlər keçirilib.

Əvvəlcə Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu oxunub, Səhmdar Cəmiyyətin rəhbərliyininm kollektivlərə təbriki çatdırılıb.
 

Tədbirlərdə qeyd olunub ki, Azərbaycan qadınları bəşər mədəniyyətinin yaranmasında və təşəkkül tapmasında misilsiz xidmətlər göstəriblər. Ölkə­mizdə qadına həmişə böyük ehtiram, hörmət bəslənilib, ana adı daim uca tutulub, müqəddəs sayılıb. XX əsrin 70-ci illərindən qadınlarımızın cəmiyyətdə rolu və fəallığı artmağa başlayıb, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların ictimai-mədəni həyatda yeri və rolu daha da möhkəmlənib.

Qadınların cəmiyyət həyatında yerini və rolunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyevin bu sözləri xatırlanıb: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir... Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır". 

Bildirilib ki, Azərbaycan qadınları tarixən milli dəyərlərimizin, müxtəlif sənət sahələrinin yaradılması və qorunub saxlanılmasında misilsiz xidmət və böyük fədakarlıqlar göstəriblər. Qadınlarımızın milli dəyər səviyyəsinə yüksəltdikləri sənət sahələrindən biri də xalçaçılıqdır. Ölkəmizin müxtəlif bölgələrində toxunan xalçalar Azərbaycan qadınının istedadının və zəhmətinin nəticəsidir. Toxucu qadınlar xalça sənətini yaşatmaqla Azərbaycanın tarixini də yaşadıb, xalqımızın müxtəlif dövrlərdəki həyat tərzi barədə məlumatların müasir dövrümüzədək gəlib çıxmasına səbəb olublar.

Vurğulanıb ki, son illər ölkəmizdə digər sahələrdə çalışan qadınlar kimi, xalçaçılara da çox böyük diqqət və qayğı göstərilir. Azərbaycan Prezidentinin sərəncamları ilə yaradılan xalça istehsalı emalatxanaları toxucuların işlə təmin olunmasına böyük töhfə verib. Dövlət başçısının qayğısı ilə cəmiyyətimizdə xalçaçı qadınların artan nüfuzu və hazırkı yüksək ictimai mövqeyi gənclərin bu sahəyə meyillənməsinə stimul olur. Azərbaycan toxucuları dövlətin dəstəyi sayəsində xalçaçılığı yaşadaraq gözəl sənət əsərləri yaradırlar.  Müasir Azərbaycan toxucularının ərsəyə gətirdikləri xalçalar tarixən olduğu kimi, bu gün də  dünya miqyasında xalqımızı layiqincə təmsil edir.

Sonra qadınlara hədiyyələr verilib, tədbirlər çay süfrəsi arxasında davam etdirilib.

2c2901d1-d58a-4d8e-8dc4-7167becf5df8

4c629918-957f-4041-b0f8-6f91a1e45cfb

96773bc7-e6d7-4484-8cf3-732c61aad278

d4b018ca-42b0-4952-a416-33191063de03_1

ec192ede-ffab-4ce2-a832-15097b59d31c

f0fa8cab-f680-4e1f-ac31-3f3a3c11dbbe