Close

MENYU

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Ağdam filialı ilə tanış olublar

  • 28 Fev
    2019
  • 10:06
  • 44
  • 1
    0
28.02.2019 - 10:06
44
0

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ağdam rayonuna səfər ediblər.

Qırxdan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialı ilə də tanış olublar. Filialın direktoru Ceyran Əliyeva bildirib ki, xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Xalqımız min illərdir xalçaçılıq ənənələrini yaşadır və inkişaf etdirir. Ancaq Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin işğal edilməsi nəticəsində 26 ildən artıq idi ki, Qarabağda xalçalar toxunmurdu. Ötən il Ağdamda “Azərxalça” ASC-nin filialının yaradılması Azərbaycan xalça sənətinə, o cümlədən Qarabağ xalçaçılıq məktəbinə böyük töhfədir. Qarabağ xalçaçıları uzun illərdir ayrıldıqları sevimli peşələri ilə məşğul olur, xalçaçılıq ənənələrini davam etdirirlər.

Bilidirilib ki, "Azərxalça"nın Ağdam filialında 16-19-cu əsrlərdə Ağdamın Şıxbabalı, Seyidli, Poladlı, Məlikli, Eyvazlı, Orta Qışlaq, Kəlbəcərin Ağcakənd, Cəmilli kəndlərində, Şuşa və Xocalı şəhərlərində toxunmuş xovlu xalçaların və xovsuz xalça məmulatlarının bədii tərtibatı əsasında yeni xalçalar istehsal olunub.

Məlumat verilib ki, xalça istehsalı emalatxanasında 90 nəfərdən çox toxucu çalışır. Onların əksəriyyəti gənclərdir. Toxucular "Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər.

Diplomatlar burada toxunan xalçalara heyran olduqlarını bildiriblər, onların keyfiyyəti və qiymətləri ilə maraqlanıblar.

6bf087fb-1a48-463a-a13b-1e4f83c3d6f6

5fb9853d-96fb-4dad-b372-32c5b40dc1fe

0f9cd3b9-09f5-4240-b0f6-35c3fcf84f5a