Close

MENYU

Səfir Erkan Özoral: Azərbaycanda qədim ənənələri olan xalçaçılığın inkişafı bizi çox sevindirir

  • 28 Fev
    2019
  • 09:55
  • 51
  • 1
    0
28.02.2019 - 09:55
51
0

Azərbaycanda qədim ənənələri olan xalçaçılıq getdikcə inkişaf edir. Xalçaçılıq türklərə aid olan xüsusi bir sənət növüdür. Azərbaycanda bu sənətə sahib çıxılmasını, yaşadılmasını, inkişafını görmək çox sevindiricidir.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Ağdamda jurnalistlərə müsahibəsində deyib.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Ağdam rayonuna səfəri zamanı "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialı ilə tanışlıqdan məmnunluğunu ifadə edən səfir bildirib: "Ağdamın ən gözəl rəmzlərindən olan xalça müəssisəsini gəzdik. Xalçalar çox gözəldir. Motivlər, rənglər Azərbaycanın, Qarabağın xüsusiyyətlərini əks etdirir. Xalçanın hər naxışının öz mənası var. Burada xalçaların toxunmasını görmək gözəl hissdir".

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri – 40-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar fevralın 27-də Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ağdam rayonuna səfər ediblər.