Close

MENYU

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsində “Azərxalça” ASC-nin Xalçaçılıq üzrə Təlim-Tədris Mərkəzi ilə tanış olub

  • 18 Sen
    2018
  • 21:03
  • 68
  • 1
    0
18.09.2018 - 21:03
68
0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.

Dövlət başçısı Sənaye Məhəlləsində "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış Xalçaçılıq üzrə Təlim-Tədris Mərkəzi ilə də tanış olub. Mərkəzin fəaliyyət sahəsi xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkilidir. Bildirilib ki, mərkəzdə 50-dən 150-dək yerli sakin xalçaçılıq sənətinə yiyələnəcək. Onlar kursu bitirdikdən sonra müvafiq işlə təmin ediləcəklər. Burada 10 ədəd toxucu dəzgahı quraşdırılıb.

Bu qalereyadakı cəmi şəkil sayı - 4