Close

MENYU

İsmayıllıda daha bir xalça istehsalı emalatxanası tikiləcək

  • 27 Avq
    2018
  • 17:56
  • 40
  • 3
    0
27.08.2018 - 17:56
40
0

Prezident İlham Əliyev avqustun 27-də "İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon manat ayrılıb.

Xatırladaq ki, avqustun 25-də Prezident İlham Əliyevin iştirakı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialı istifadəyə verilib.