Close

MENYU

Mart ayının sonunda “Azərxalça”ASC-nin Şəmkir filialının açılışı nəzərdə tutulur

  • 08 Fev
    2017
  • 12:25
  • 129
  • 2
    0
08.02.2017 - 12:25
129
0

"Azərxalça"ASC-nin İdarə Heyətinin Sədri Vidadi Muradov:

"Mart ayının sonunda Şəmkir filialının açılışı nəzərdə tutulur".

"Azərxalça"ASC-nin respublikanın ayrı-ayrı rayonlarında təşkil etdiyi xalçaçılıq üzrə tədris-hazırlıq kursları fəaliyyətini davam etdirir.

Bu günlərdə "Azərxalça"ASC-nin İdarə Heyətinin Sədri Vidadi Muradov Cəmiyyətin Şəmkir rayonunda fəaliyyət göstərən tədris-hazırlıq kursunun toxucuları ilə görüşmüşdür. Görüşdə bir sıra mühüm təşkilati işlər, kadr məsələləri müzakirə edilib. Toxucuların bacarıqları yoxlanılmış, onları istehsalat təcrübəsi sınaqdan keçirilmişdir.

IMG_8703

Qeyd edək ki, ötən ilin avqust ayında fəaliyyət başlamış kursda indiyədək rayonun müxtəlif kəndlərindən, həmçinin Şəmkir şəhərindən olan 120-ə yaxın toxucu hazırlıq keçib. Onlar Azərbaycan xalçaçılıq sənətinə dair nəzəri və praktiki biliklər qazanmış, qədim xalça çeşniləri əsasında xalça toxumaq vərdişlərinə yiyələnmişlər. Cəmiyyətin İdarə Heyətinin Sədri Vidadi Muradov bu haqda məlumat verərək bildirmişdir ki, "Şəmkir Gəncəbasar bölgəsinin zəngin xalçaçılıq ənənələrinə malik rayonlarından biridir. Burada bir çox kəndlərdə tarixən xalçaçılıqla yanaşı, boyaqçılıq sənəti, xalça ticarəti işi də geniş miqyas alıb. "Azərxalça"nın Şəmkir rayon filialının, o cümlədən burada tədris-hazırlıq kurslarının təşkili də bu ənənələrin uğurlu davamı olacaq. Kurslarda peşəkar xalçaçılar, xalça rəssamları toxuculara Azərbaycann xalçalarının bütün qruplarına aid nümunələr, xüsusilə qədim Gəncəbasar çeşniləri əsasında xalçaların rəng, naxış xüsusiyyətlərini, toxuma texnologiyasını tədris ediblər. Nəticə qənaətbəxşdir. Hal-hazırda "Azərxalça"nın Şəmkir fililının tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Hesab edirik ki, bu toxucular mart ayının sonlarında fəaliyyətə başlaması nəzərdə tutulan Şəmkir filialında uğurla fəaliyyət göstərə biləcəklər".

IMG_8678

IMG_8683