Close

MENYU

HALI “Azərxalça” ilə əməkdaşlıq edəcək

  • 30 Yan
    2017
  • 12:53
  • 87
  • 5
    0
30.01.2017 - 12:53
87
0

Xalçaçılıq üzrə ixtisaslaşmış məşhur HALI jurnalı "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlığa başlayıb. Jurnal yeni 190-cı sayından etibarən öz səhifələrində Azərbaycanda xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən "Azərxalça" dan bəhs edəcək. Cəmiyyətin respublikanın ayrı-ayrı rayonlarındakı filiallarında qədim çeşnilər əsasında toxunacaq Azərbaycan xalçaları reklam olunacaq. Jurnal "Azərxalça"nın faliyyətini ənənəvi xalq toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Cənubi Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandıracaq.

HALI jurnalı 1978-ci ildən Londonda ildə dörd dəfə nəşr olunur. Burada müxtəlif ölkələrdən olan xalça mütəxəssislərinin, ekspertlərinin, kolleksiyaçılarının rəyləri, islam və Şərq mədəniyyətinə dair araşdırmalar, tekstil və toxuculuq sahəsinə, toxuma texnologiyalarına, sərgilərə, hərraclara aid xəbərlər, tarixi-etnoqrafik materiallar dərc olunur, dünya muzeylərinin, beynəlxalq xalça bazarının aparıcı şirkətlərinin və müəssisələrinin fəaliyyətindən bəhs edilir.