Close

MENYU

Azərbaycan xalçaları "DOMOTEX" sərgisində

  • 17 Yan
    2017
  • 12:51
  • 137
  • 4
    0
17.01.2017 - 12:51
137
0

Almaniya Federativ Respublikasının Hannover şəhərində keçirilən ənənəvi DOMOTEX beynəlxalq xalça satış-sərgisində "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti də iştirak edir. "Azərxalça" bu sərgiyə Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı qruplarına aid olan Azərbaycan xalçaları ilə qatılıb. İlk dəfədir ki, Hannover sərgisində iştirak edən "Azərxalça"nın məhsullarını sərgi iştirakçıları böyük maraq və heyranlıqla qarşılayıblar. 14-17 yanvar tarixlərini əhatə edən tədbirdə "Azərxalça" ASC-ni İdarə Heyətinin Sədr müavini Orxan Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

orxan-mushabe

Xatırladaq ki , DOMOTEX beynəlxalq xalça satış-sərgisi ilk dəfə 1989-cu ildə keçirilib. O vaxtdan bu yana hər il dünyanın xalçaçılıq sahəsinin aparıcı istehsalçıları, topdan və pərakəndə satış təmsilçiləri, interyer dizaynerləri, memarlar burada bir araya gəlirlər. DOMOTEX xalça bazarının müasir vəziyyətini, bu sahədə olan texnoloji nailiyyətləri öyrənmək baxımından geniş imkanlar yaradır.

domotex

salon