Close

MENYU

Əyirici Boyaq Fabriki gələn ilin sonuna istifadəyə veriləcək

  • 19 May
    2017
  • 16:17
  • 216
  • 4
    1
19.05.2017 - 16:17
216
1

Xalça istehsalı kompleks istehsal sahəsidir. Və bu sahəni  Əyirici Boyaq Fabrikisiz təsəvvür etmək mümkün deyil. Azərbaycanda da gələn ildən belə bir fabrik fəaliyyətə başlayacaq. Söhbət Sumqayıt Sənaye Parkında "Azərxalça" ASC-nin İqtisadiyyat Nazirliyi ilə birlikdə  inşasını  planlaşdırdırdığı Əyirici Boyaq fabrikindən gedir ki, 2018-ci ilin sonuna qədər bu fabrikin istifadəyə verilməsi müzakirə predmetidir. Artıq bu istiqamətdə müəyyən işlər də görülür. Belə ki, respublikanın ayrı-ayrı rayonlarında yerləşən qoyunçuluq təsərrüfatlarının yun məhsuldarlığı öyrənilir. 2018-ci ilin may ayından etibarən bir il ərazində Azərbaycanın 52 rayonundan 1500  ton yun tədarük olunması nəzərdə tutulur. Fabrikdə mövsümi yun və bitki tədarükçülərindən əlavə, 80 nəfər daimi iş yeri ilə təmin ediləcək. Gələcəkdə bu fabrikdə istehsal olunacaq məhsul həm "Azərxalça"nın filiallarında, həm respublikanın digər özəl xalçaçılıq müəssisələrində, həm də ümumilikdə müvafiq sənaye müəssisələrində istifadə olunacaq. Belə bir müəssisənin yaradılması Azərbaycanın  yun və təbii boyaq sənayesinin xarici idxaldan asılılığını aradan qaldıracaq, onun yerli xammal əsasında inkişafını təmin edəcək. Bunun üçün ölkəmizdə münbit şərait də var. Respublikamız həm yun, həm də təbii boyaq maddələrinin hazırlanması üçün kifayət qədər zəngin təbii ehtiyatlara malikdir.

Eyirici-Boyaq-qabaqgorunush

Sumqayıt Kİmya Parkında inşa ediləcək fabrik ən son Avropa istehsalı olan avadanlıqlarla təchiz ediləcək. Fabrikdə il ərzində 1500 ton  çirkli yun qəbul olunacaq. Yuyulub, müəyyən proseslərdən keçəndən sonra  yunun bir hissəsi ipliyə sərf olunacaq ki, bu  da hardasa  250 tona yaxın məhsul deməkdir. İstehsalın digər istiqaməti isə prosesdən alınan 320 ton  təmiz yundur ki,  o da  xarici bazarda xammal kimi satışa çıxarılacaq. Hazır məhsul ilə təkcə "Azərxalça" ASC-nin filialları təmin olunmayacaq,eyni zamanda ölkənin özəl xalçaçılıq müəssisələrinə satılacaq.

Eyirici-Boyaq-plan