“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli 2032 nömrəli Sərəncamının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qəraraalır:
1. "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin.
2. "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin strukturu" təsdiq edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 4 oktyabr 2016-cı il