Close

MENYU

Bakı qrupu Azərbaycan xalçaları

Bakı qrupuna Azərbaycanın Abşeron bölgəsinin Novxanı, Nardaran, Əmircan, Bülbülə, Suraxanı, Goradil, Fatmayı, Qala, Qobu, Gədi, Giləzi və Fındığan kəndlərində "Gördəst" üsulu ilə toxunan xalça və xalça məmulatları daxildir.

baki-large

www.azerilme.az

Tarixən Abşeron yarımadasına Azərbaycanın digər yaxın bölgələrindən - Şirvandan, Qubadan, Muğandan əhalinin köç etməsi Bakı qrupuna daxil olan xalça və xalça nümunələrinin texnoloji və bədii xüsusiyyətlərinin rəngarəngliyinə təsir göstərmişdir. Burada bəslənən "Qala" qoyunlarının yüksək keyfiyyətli və parlaq yunundan hazırlanmış iplərdən toxunan qırmızı, ağ, qara, sürməyi, mor, sarı, mavi, yaşıl rəngli təbii boyaqlarla boyanan Bakı qrupu xalçaları irili-xırdalı nəfis elementləri ilə seçilir. Bu xalçaların əsas bəzəyi Abşeronda odun simvolu olan "buta"dır. "Buta"nın müxtəlif variantları (evli buta, analı-balalı buta, küsülü buta, sevgili buta və s.) Bakı qrupu xalçalarının "tanınma nişanı"dır. Xalça mütəxəssisləri bu xalçaların yüksək ilmə sıxlığını toxunuş kateqoriyası üzrə yüksək dəyərləndirirlər. Bakı xalçalarının bu kateqoriya üzrə mükəmməlliyi onların naxışlarının dəqiqliyini, incəliyini, təsirliliyini də təmin edir. Xovlu xalçalarla yanaşı, Abşeronun ayrı-ayrı kəndlərində əsasən qoyunçuluq təsərrüfatı ilə məşğul olan əhali tərəfindən kilim, palaz kimi xovsuz xalçalar, məfrəş, xurcun, heybə kimi məişət əşyaları da toxunmuşdur.

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu