Close

MENYU

Gəncə qrupu Azərbaycan xalçaları

Gəncəbasar Azərbaycanın tarixi xalçaçılıq bölgələrindən biridir. Gəncə qrupuna Gədəbəy, Şəmkir, Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy kimi ərazilərdə "Gördəst" üsulu ilə toxunan xalça və xalça məmulatları daxildir.

gence-large

www.azerilme.az

Boyaq bitkiləri ehtiyatları, inkişaf etmiş qoyunçuluq təsərrüfatları burada xalçaçılıq sənətinin formalaşmasına imkan yaratmışdır. Gəncə qrupunun həm dağlıq, həm də dağətəyi rayonlarda toxunmuş xovlu və xovsuz xalçaları yerli əhalinin gündəlik məişət ehtiyaclarını ödəməklə yanaşı, həm də ticarət məqsədləri üçün nəzərdə tutulmuşdur. Gəncə şəhərində fəaliyyət göstərmiş xalça bazarında Azərbaycan, Türkiyə, İran, Orta Asiya xalçalarının ticarəti aparılmışdır. Coğrafi baxımdan yaxınlıq Qarabağ, Qazax-Borçalı qrupuna aid olan xalça nümunələri ilə bu xalçaların texniki və bədii xüsusiyyətlərinin oxşarlığına öz təsirini göstərmişdir. Xoş, nikbin əhval-ruhiyyənin, zəngin təxəyyülün məhsulu olan Gəncəbasar xalçaları üzərində müxtəlif həndəsi, zoomorf, nəbati, antropomorf elementlər öz əksini tapmışdır. Buta, ulduz, nəzərlik, ox, damğa, daraq, qarmaq, göz, at, dəvə, quş və s. kimi simvollarla bəzənən Gəncə qrupu xalçaları qırmızı, ağ, qara, sürməyi, mor, sarı, mavi, yaşıl kimi rəngli təbii boyaqlarla boyanmış yun və ipək iplərdən toxunmuşdur. Dünya muzeylərində və beynəlxalq hərraclarda Gəncəbasar xalçaları tarixilik, nadirlik, ölçü və forma kimi göstəricilər əsasında yüksək ballarla indeksləşdirilir.

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu