Close

MENYU

İrəvan qrupu Azərbaycan xalçaları

İrəvan qrupu Qərbi Azərbaycanın Ağbaba, Şörəyel, Loru, Pəmbək, Şəmşəddin, Göyçə, Vedibasar, Gərnibasar, Zəngibasar, Talın, Aparan mahallarında, həmçinin İrəvan şəhərində "Gördəst" üsulu ilə toxunan xalça və xalça məmulatlarını əhatə edir.

irevan-large

www.azerilme.az

Bu mahallarda yaşayan türklər əsrlər boyu həm xovlu, həm də xovsuz texnika əsasında xalça və xalça məmulatları toxumuşlar. Palaz, kilim, zili, vərni, cecim kimi xovsuz xalçalar yaylaq-qışlaq həyat tərzi keçirən yerli əhalinin məişətinin ayrılmaz hissəsi olmuşdur. Ağ, qara, qırmızı, sürməyi, mor, mavi,sarı, yaşıl kimi təbii mənşəli boyaqlarla boyanan dəvə, qoyun yunundan hazırlanmış iplərdən, keçi qəzilindən toxunan İrəvan qrupuna aid xalça nümunələri həndəsi və nəbati elementlərin, mifoloji quş, heyvan təsvirlərinin zənginliyi ilə seçilir. Xalçaların naxış-kompozisiya seçimində yerli əhalinin dini təsəvvürləri, inancları öz əksini tapmışdır. Coğrafi baxımdan Şərqi Anadolu, Naxçıvan, Qazax-Borçalı, Qarabağ və Təbrizlə yaxınlığı Qərbi Azərbaycan xalçalarının həmin bölgələrdə toxunan xalça nümunələri ilə oxşarlığını şərtləndirən əsas amildir. İrəvan bölgəsinin xalçaçılıq sənəti həmin torpaqların türklərin (azərbaycanlıların) tarixi-etnik torpaqları olmasını təsdiq edən əsas qaynaqlardan biridir. Tarixilik, rəng və nadirlik kimi kateqoriyalar üzrə yüksək dəyərləndirilən İrəvan qrupu Azərbaycan xalçaları məşhur muzeyləri, şəxsi kolleksiyaları bəzəyir.

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu