Close

MENYU

Naxçıvan qrupu Azərbaycan xalçaları

Naxçıvan xalça qrupuna daxil olan xalça və xalça məmulatları Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarının ərazisində "Gördəst" üsulu ilə toxunmuşdur.

naxchivan-large

www.azerilme.az

Bu xalçalar uzun müddət Qarabağ, Gəncə kimi xalça qruplarına daxil edilərək öyrənilmişdir. Adı çəkilən bu qrupların nümunələrindən bədii, üslubi xüsusiyyətlərinə, texniki göstəricilərinə, rənglərinə görə fərqlənən Naxçıvan xalçaları və xalça məmulatları bu ərazidə məskunlaşan kəngərli, kolanı, sədli, qarabağ, xələc, bəydili, dəmirçi, qazançı, yaycı, qarxun, yurdçu, muğanlı, əfşar, bayat, quşçu və s. türkdilli tayfaların yaradıcılıq məhsuludur. Coğrafi baxımdan Cənubi Azərbaycanla, Qərbi Azərbaycanla, həmçinin Şərqi Anadolu ilə yaxın olan Naxçıvan xalçaçılığı bu bölgələrdə əsrlər boyu mövcud olmuş xalçaçılıq ənənələrindən bəhrələnərək inkişaf etmişdir. Burada toxunan böyükölçülü, hündür xovlu xalçaların, həmçinin keçə, palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçaların naxış-kompozisiya tərtibatında dəvə, at, quş, gül, ox, ulduz, pilləli, romb, nəzərlik, çərxi-fələk və s. kimi müxtəlif məzmunlu elementlərdən istifadə olunmuşdur. Naxçıvanda xalq boyaqçılıq üsulları inkişaf etmiş, ayrı-ayrı bitkilərdən alınan ağ, qara, qırmızı, sürməyi, mor, mavi, sarı, yaşıl kimi təbii mənşəli boyaqlarla boyanan xalça ipləri uzun müddət öz rəngini və parlaqlığını qoruyub saxlamışdır. Beynəlxalq ekspertlər Naxçıvan qrupuna daxil olan xalça nümunələrini naxış, forma və ölçü, material kimi beynəlxalq kateqoriyalar üzrə yüksək dəyərləndirirlər.

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu