Close

MENYU

Qarabağ qrupu Azərbaycan xalçaları

Qarabağ qrupuna Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Beyləqan, Laçın, Kəlbəcər, Füzuli, Xocalı, Zəngilan, Cəbrayıl, Qubadlı kimi rayonlarında "Gördəst" üsulu ilə toxunan xalça və xalça məmulatları daxildir.

qarabag-large

www.azerilme.az

Təbii-coğrafi baxımdan həm aran, həm də dağ və dağətəyi bölgələri əhatə edən Qarabağ qrupunda xovlu və xovsuz xalçaların kəmiyyət nisbəti demək olar ki, eynidir. Xovlu xalçalar əsasən şəhərlərdə, palaz, cecim, kilim, zili, vərni kimi xovsuz xalçalar və məfrəş, xurcun, heybə, duzqabı, sicim, çatı, örkən və s. kimi xalça məmulatları isə yaylaq-qışlaq həyat tərzi keçirən maldar əhali tərəfindən toxunmuşdur. Qarabağ qrupu xalçalarının bədii kompozisiyasını nəbati elementlər, müxtəlif heyvan və quş təsvirləri, pilləli, kvadrat, düzbucaqlı, çoxbucaqlı, romb, səkküzgüşəli kimi həndəsi motivlər təşkil edir. Mütəxəssislərin fikrincə, Qafqazın ən qədim xalçalarından olan və tarixilik, nadirlik baxımından yüksək qiymətləndirilən "Əjdahalı" da məhz Qarabağ qrupuna daxildir. Qarabağın digər məşhur "Çələbi" çeşnisi də "Əjdahalı"nın törəməsi kimi unikal və klassik ənənələri əks etdirən nümunədir. Zəngin təbii imkanlar bu qrupa daxil olan xalçaların rəng həllinə öz müsbət təsirini göstərmişdir. Bitkilərdən alınan qara, qırmızı, sürməyi, mor, mavi, sarı, yaşıl kimi təbii mənşəli boyaqlarla boyanmış yun, ipək iplərdən toxunan xalça və xalça məmulatlarının istehsalı Qarabağ ərazisində kütləvi hal almış, zaman keçdikcə bədii və texnoloji cəhətdən təkmilləşmişdir. Dəst xalı-gəbələr, müxtəlif məzmunlu realistik süjetli xalçalar, portret-xalçalar Qarabağ qrupunun spesifik göstəriciləridir.

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu