Close

MENYU

Qazax-Borçalı qrupu Azərbaycan xalçaları

Qazax-Borçalı qrupuna Azərbaycan Respublikasının Ağstafa, Qazax, Tovuz rayonlarında, Gürcüstan Respublikasının türklər yaşayan tarixi Borçalı mahalında - indiki Bolnisi (Çörük-Qəmərli), Tetri-Skaro (Ağbulaq), Zalqa (Barmaqsız), Marneuli (Sarvan), Dmanisi (Başkeçid) kimi rayonlarında"Gördəst" üsulu ilə toxunan xalça və xalça məmulatları daxildir.

qazax-large

www.azerilme.az

Tarixən Qazax-Borçalı bölgəsində ağır çəkili, uzun, lakin yumşaq və parlaq xovlu, müxtəlif ölçülü və sadə kompozisiyalı xalçalar toxunmuşdur. Bu xalçaların təbii boyalardan alınmış qırmızı, ağ, qara, sürməyi, mor, sarı, mavi, yaşıl kimi rənglərdən ibarət kolorit həlli öz uyarlığı ilə diqqəti cəlb edir. Qazax-Borçalı qrupuna daxil olan xalçaları dünyada məşhurlaşdıran onların qədimliyi, genetik mənsubiyyətinin və bədii quruluşunun sabitliyidir. Onların kompozisiya quruluşunda əsrlər boyunca formalaşmış mücərrəd, həndəsi, stilizə edilmiş naxışlar üstünlük təşkil edir. Bu xalçalar müqəddəslərin türbələrinə nəzir verilmiş, onların üzərində namaz qılınmışdır. Yerli əhalinin inancına görə, xalçalar üzərindəki ağac, yarpaq, gül, nar və s. nəbati ornamentlər, mürəkkəb həndəsi elementlər toplusu, sınıq xətt, çərxi-fələk, çoxbucaqlı ulduz, qoşabuynuz, gözqaytarıcı, qarmaqlı, qazayağı, qayçıbalıq, dilikli kimi motivlər bütünlükdə insanı qoruyan, onun həyatını mühafizə edən simvollardır. Bədii sənətkarlığın mürəkkəb nümunləri olan bu naxışlar zaman-zaman təkmilləşmiş və sabit bədii üsluba, sənət tarixinin ayrılmaz hissəsinə çevrilmişdir. Bölgədə toxunan "Namazlıq"lar beynəlxalq ekspertlər tərəfindən tarixiliyinə, unikal tərtibatına, simvollarına, həmçinin texnoloji xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Bu nümunələr orijinal maddi-mədəniyyət abidəsi kimi məşhur kolleksiyaçıların, muzeylərin, hərracların diqqətini cəlb etmişdir.

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu