Close

MENYU

Quba qrupu Azərbaycan xalçaları

Quba qrupuna Azərbaycanın Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran kimi rayonlarında "Gördəst" üsulu ilə toxunan xalça və xalça məmulatları daxildir.

quba-large

www.azerilme.az

Etnoqrafik cəhətdən çox zəngin olan Quba qədim xalçaçılıq ənənələrinin yarandığı və inkişaf etdiyi bölgələrdəndir. Burada ayrı-ayrı kəndlərdə xalçaçılıq sənəti uğurla davam etdirilmiş, nəsildən-nəslə ötürülmüşdür. Zərif və parlaq yunlu, yüksək sıxlığı olan, orijinal bədii tərtibatlı, yüksək texniki göstəricilərə malik xovlu və xovsuz xalçalar, məişət əşyaları yerli əhalinin məişət həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Tarixən dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş Quba xalçaları məşhur muzeylərin, sarayların, şəxsi kolleksiyaların bəzəyi olmuşdur. Bu, ilk növbədə, həmin xalçaların məhz yerli xammal əsasında toxunmasından irəli gəlir. Burada bəslənən qoyunların yüksək keyfiyyətli yunundan hazırlanan xalça iplikləri yerli bitkilərdən alınan təbii boyaqlarla boyanmışdır. Quba qrupu xalçaları üzərində öz əksini tapan müxtəlif formalı butalar, damğalar, gül, ağac, quş, əjdaha, nəzərlik, ulduz, ox kimi nəbati, zoomorf ornamentlər yerli əhalinin dünyagörüşünün, inanclarının təzahürü, bu yurdun tarixi keçmişinin yadigarıdır. Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan ağ, qara, qırmızı, sürməyi, mor, sarı, mavi, yaşıl və s. kimi rənglərin Quba qrupu xalçalarında yaratdığı rəng ahəngi həm xovlu, həm də xovsuz xalçalara, xalça məmulatlarına təkrarsız gözəllik bəxş edir. Xalça mütəxəssisləri bu qrupa aid olan xalçaları beynəlxalq tarixilik və rəng kateqoriyaları üzrə yüksək qiymətləndirirlər.

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu