Close

MENYU

Şirvan qrupu Azərbaycan xalçaları

Şirvan qrupuna Azərbaycanın Şamaxı, Ağdaş, Ağsu, Kürdəmir, Hacıqabul, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar, Qəbələ, Salyan kimi rayonlarında "Gördəst" üsulu ilə toxunan xalça və xalça məmulatları daxildir.

shirvan-large

www.azerilme.az

Qədim dövlətçilik ənənələrinin təşəkkül tapdığı Şirvan bölgəsində xalçaçılıq sənəti tarixən inkişaf etmiş, buraya köç etmiş ayrı-ayrı tayfaların yerli əhali ilə qaynayıb-qarışması nəticəsində yeni bədii çalarlar, texnoloji xüsusiyyətlər qazanmışdır. Şirvanda bu qədim xalq sənəti ayrı-ayrı evlərdə davam etdirilmişdir. Yerli flora və fauna ehtiyatları əsasında inkişaf etmiş boyaqçılıq sənəti Şirvan xalçaçılığına müsbət təsir göstərmişdir. Bu xalçalar dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş, tarixi mənbələrdə, səyahətnamələrdə dəfələrlə yüksək sənət nümunələri kimi qeyd olunmuşlar. Bu, ilk növbədə, həmin xalçaların burada bəslənən qoyunların yüksək keyfiyyətli yunundan hazırlanan, bitkilərdən alınan təbii boyaqlarla boyanan iplərdən toxunması ilə əlaqədardır. Peşəkar toxucular öz yaradıcılıq məharətini, al-əlvan xalçalar üzərində həndəsi, nəbati, zoomorf ornamentlər vasitəsilə reallaşdırmışlar. Şirvanda toxunan müxtəlif tarixi-etnoqrafik, mifoloji məzmunlu süjetli xalçalar orijinal bədii tərtibatı, rəng seçimi, obrazlar aləmi ilə yadda qalır. Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan ağ, qara, qırmızı, sürməyi, mor, sarı, mavi, yaşıl və s. kimi rənglər Şirvanın xovlu və xovsuz xalçalarının kompozisiyasını uğurla tamamlayır. Bu nümunələr xalçaçı-ekspertlər tərəfindən rəng, əhəmiyyət və tarixilik kimi beynəlxalq kateqoriyalar üzrə yüksək qiymətləndirilir.

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu