Close

MENYU

Təbriz qrupu Azərbaycan xalçaları

Təbriz qrupuna Cənubi Azərbaycanın Təbriz, Urmiya, Xoy, Ərdəbil, Germi kimi böyük şəhərlərində yaşayan əhali, həmçinin Araz çayı boyunca Muğan çöllərində (Dəşti-Muğan) məskunlaşmış türk tayfaları tərəfindən "Gördəst" üsulu ilə toxunan xalça və xalça məmulatları daxildir. Mütəxəssislər bu xalça nümunələrini ənənəvi və klassik üslub göstəricilərinə görə iki qrup üzrə təsnif edirlər.

tebriz-large

www.azerilme.az

Ənənəvi üsullarla toxunan Təbriz qrupu xalçaları Azərbaycanın digər bölgələrində toxunan xalq xalçaları ilə həm texnoloji (rəng, forma, ölçü, ilmə sıxlığı), həm də bədii xüsusiyyətlərinə görə (kompozisiya, naxış, simvolika) eyniyyət təşkil edir. Şirvanda, Qubada, Gəncədə, Qarabağda tarixən Cənubi Azərbaycanın Muğan bölgəsində yaşayan əhalinin toxuduğu çeşnilər əsasında xalçalar toxunmuşdur. Əsasən yaylaq-qışlaq həyat tərzi keçirən bu tayfaların məişətində təbii boyaqlarla boyanmış yun iplərlə toxunmuş, orijinal tərtibatlı, xovsuz kilimlər, palazlar, cecimlər, şəddələr, vərnilər, məfrəşlər, heybələr, çuvallar, xurcunlar geniş istifadə edilmişdir.

Təbriz miniatür məktəbinin təşəkkül tapması və inkişafı ilə əlaqədar olaraq yaranan klassik xalçaçılıq üslubunun tarixi XIV əsrdən başlayır. Artıq saraylarda fəaliyyət göstərməyə başlayan xalça karxanalarında, Azərbaycan xalçaçılıq tarixində ilk dəfə rəssam təxəyyülünün və bacarığının məhsulu olan çeşnilər əsasında toxunan xalçalar da məhz Təbriz qrupuna daxildir. Kamillik, incəlik, kiçikölçülü, nəbati ornamentlərin bolluğu, həmçinin ərəb kalliqrafiyasından istifadə, müxtəlif süjetlərin (ov, toy, qonaqlıq, bayram mərasimləri və s.) xalçalar üzərində yüksək ustalıqla təsviri və s. bu xalçaların spesifik göstəriciləridir. "Şeyx Səfi" xalçasının (XVI əsr, Ərdəbil) varisləri olan istər ənənəvi, istərsə də klassik üslublu Təbriz qrupu xalçalarının mürəkkəb naxış sistemi, qırmızı, ağ, qara, sürməyi, mor, sarı, mavi, yaşıl kimi rənglərdən ibarət kolorit həlli müvafiq beynəlxalq kateqoriyalar üzrə yüksək qiymətləndirilmişdir.

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu