Close

MENYU

“Azərxalça” ASC-nin Qəbələ filialı

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialı 2017-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb. Xalça istehsalı emalatxanası binasında tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Filialın ümumi sahəsi 1262,56 kvadratmetr olan binasında 150 toxucunun və 14 inzibati-təsərrüfat işçisinin çalışması üçün lazımi şərait yaradılıb.

2019-cu ilin oktyabr ayının 28-də Qəbələ filialının açılışı olub. Azərbaycan Respublikasının Prerzidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Burada çalışan toxucular Qəbələ şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Bu filialda, əsasən, Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Ağdaş, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Ucar, Zərdab, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarının kəndlərində toxunan orijinal Şirvan xalça çeşnilərinə üstünlük verilir.

Ünvan: Qəbələ şəhəri, Elçin Kərimov küçəsi

Tel: (+99450) 278-03-23

Bu qalereyadakı cəmi şəkil sayı - 23

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu