Close

MENYU

“Azərxalça” ASC-nin Ağstafa filialı

Bu gün dünyanın ən məşhur muzeylərinin, şəxsi kolleksiyalarının bəzəyinə çevrilən Qazax-Borçalı qrupu xalça örnəkləri qədim Azərbaycan mədəniyyətinin qiymətli nümunələridir. Xarici ölkə kolleksionerlərinin Azərbaycan xalçaları arasında daha çox müraciət etdikləri, maraq göstərdikləri və əldə etməyə çalışdıqları xalça nümunləri sırasında Qazax-Borçalı xalçaları xüsusi yer tutur. Avropalıların "dünyəvi", "mistik", "cazibəli", "təkrarsız", "koloritli" deyə səciyyələndirdikləri bu xalçalar hələ orta əsrlərdən diqqəti cəlb edib, bir çox məşhur rəsm əsərində öz əksini tapıb.

Gözəl Qazax-Borçalı xalçalarının yeni nümunələrini yaratmaq üçün "Azərxalça" ASC-nin bu bölgədə açılan filiallarından biri də Ağstafa rayonundadır.  

"Azərxalça" ASC-nin Ağstafa filialı 2017-ci ilin sonlarında fəaliyyətə başlayıb.

Filialda 150 nəfər toxucu, 14 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb.

Bina toxuculuq emalatxanası, rəssam otağı, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir.

Ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi. Tel: (+994502787921)

Bu qalereyadakı cəmi şəkil sayı - 14

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu