Close

MENYU

"Azərxalça" ASC-nin Füzuli filialı

"Azərxalça" ASC-nin ilk filialı Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri olan Qarabağda - Füzuli rayonunun Horadiz qəsəbəsində yaradılmışdır.

Ümumi sahəsi 586,5 kvm olan filial binası 0, 180 ha torpaq sahəsində yerləşir. Burada 150 nəfər toxucu, 10nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və s. kimi bölmələrdən ibarətdir. Emalatxanada 150 nəfər toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq.Bu çeşnilər dünya muzeylərində, şəxsi kollesiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanmışdır. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilmişdir.

013

Toxucular həm Horadiz qəsəbəsinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hal-hazırda işğal altında olan kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça"nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi şəkildə iştirak etmiş, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdirmişlər.

Ünvanı: Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küç.25A

Əlaqə telefonu: (+994 26) 315 59 58

Bu qalereyadakı cəmi şəkil sayı - 13

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu