Close

MENYU

"Azərxalça" ASC-nin Ağdam filialı

Qarabağ hər zaman özünün yüksək bədii zövqlə toxunmuş xalçaları ilə məşhur olub. Bölgədəki qoyunçuluq təsərrüfatlarının xalçaçıları bol və yüksək keyfiyyətli yunla təmin etməsi, ərazinin təbii boyaq bitkiləri ilə zəngin olması bu sənət sahəsinin inkişafına güclü təkan verib. Xanlıqlar dövründə Qarabağda xalça məmulatı istehsalı daha geniş miqyas alıb. Bunu Qarabağ xanlarının kənd əhalisindən bir çox vergiləri xalça və palazla toplamaları da sübuta yetirir. Sonrakı dövrlərdə də bu bölgədə xalçaçlıq sənəti inkişaf etdirilib. Ancaq Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra bu bölgənin xalçaçılığının da taleyi sual altında idi. Azərbaycan dövlətinin dəstəyi ilə ötən əsrin 90-cı illərinin ortalarında "Azər-ilmə" Xalçaçılıq Mərkəzinin fəaliyyətə başlaması, 2016-cı ildə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması tarixi Qarabağ xalçalarının yaşadılmasına imkan verib.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qarabağ bölgəsində yaradılan filiallarından biri də Ağdam rayonunda fəaliyyət göstərir. Bu filialın 2018-ci il noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olub. 

Filialın binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada, əsasən, Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük verilir.

"Azərxalça"nın Ağdam filialında 16-19-cu əsrlərdə Ağdamın Şıxbabalı, Seyidli, Poladlı, Məlikli, Eyvazlı, Orta Qışlaq, Kəlbəcərin Ağcakənd, Cəmilli kəndlərində, Şuşa və Xocalı şəhərlərində toxunmuş xovlu xalçaların və xovsuz xalça məmulatlarının bədii tərtibatı əsasında yeni xalçalar istehsal olunub.

Ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi. Tel.: (+994 50) 278-79-17.

Bu qalereyadakı cəmi şəkil sayı - 10

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu