Close

MENYU

"Azərxalça" ASC-nin İsmayıllı filialı

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialı 2018-ci il avqust ayının 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Müəssisənin binasının inşasına 2016-cı ildə başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Filialın ümumi sahəsi 1252,88 kvadratmetr olan binasında 150 toxucunun və 14 inzibati-təsərrüfat işçisinin çalışması üçün lazımi şərait yaradılıb. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Burada çalışan toxucular İsmayıllı şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Bu filialda, əsasən, Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Ağdaş, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Ucar, Zərdab, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarının kəndlərində toxunan orijinal Şirvan xalça çeşnilərinə üstünlük verilir.

Ünvan: İsmayıllı şəhəri, S.Ə.Şirvani, X.Şirvani və M.Gəncəvi küçələrinin kəsişməsi. Tel.: (+994 50) 278-79-16.

Bu qalereyadakı cəmi şəkil sayı - 17

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu