Close

MENYU

"Azərxalça" ASC-nin Şəmkir filialı

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.

"Azərxalça" ASC-nin ikinci filialı Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri olan Şəmkir rayonunda yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 20 avqust 2017-ci ildə filialın açılışında iştirak etmişdir.

Ümumi sahəsi 1100 kvm olan filial binası toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satış salonu və digər bölmələrdən ibarətdir. Burada 150 nəfər toxucunun, 10 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün şərait vardır. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur; əsasən tarixən Gəncədə, Şəmkirdə, Samuxda, Daşkəsəndə, Göygöldə, Gədəbəydə, Goranboyda toxunmuş orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular bir neçə ay ərzində "Azərxalça"nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi şəkildə iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Hal-hazırda da fəaliyyətini davam etdirən tədris-hazırlıq kurslarının məzunlarına "Azərxalça" ASC-nin sertifikatı verilir. Xalça satış salonunda "Azərxalça" ASC-nin filiallarında toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçirilir.

Bu qalereyadakı cəmi şəkil sayı - 15

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu