Close

MENYU

“Azərxalça” ASC-nin Tərtər filialı

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qarabağ bölgəsində yaradılan filiallarından biri də Tərtər rayonunda fəaliyyət göstərir.

2018-ci ilin sonlarından məhsul istehsalına başlanılan Tərtər filialı 2020-ci il iyun ayının 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Burada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur və əsas üstünlük orijinal Qarabağ xalça çeşnilərinə verilir.

Bina toxuculuq emalatxanası, konfrans zalı, tibb otağı, anbar, yeməkxana, xalça və xalça məmulatlarının sərgilənməsi və satışı üçün xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Filialda 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.

Ünvan: Tərtər şəhəri, Nizami küçəsi. Tel: (+994502269043)

Bu qalereyadakı cəmi şəkil sayı - 11

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu