Close

MENYU

“Azərxalça” ASC-nin Kürdəmir filialı

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialı 2020-ci il fevralın 12-də istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.

2018-ci ilin sonlarından məhsul istehsalına başlanılan müəssisədə 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və s. kimi bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur.  Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının yaşayış məntəqələrində toxunan orijinal xalça çeşnilərinin istehsalına üstünlük verilir. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Kürdəmir şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça"nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Filialın kollektivi üçün yaradılan ideal şərait keyfiyyətli xalça toxunmasına imkan verir. Ona görə də keyfiyyət amilinə ciddi diqqət yetirilir. Kürdəmir filialında çalışanların əksəriyyəti peşəkar toxuculardır.

Bu ərazi Azərbaycanın tarixi xalçaçılıq məntəqələrindən biridir. Kürdəmir rayonunun Şilyan kəndində toxunan Şirvan xalçaları xüsusilə seçilib. Filialda çalışan toxucuların əksəriyyəti Şilyan kəndinin sakinləridir.

Ünvan: Kürdəmir rayonu, Xırdapay kəndi. Tel: (+994502269088)

Bu qalereyadakı cəmi şəkil sayı - 24

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu