Close

MENYU

“Azərxalça” ASC-nin Qazax filialı

Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri də Qazax-Borçalı bölgəsidir.  Ona görə də bu bölgənin xalçaçılığı ayrıca xalça qrupu kimi səciyyələndirilib. Qazax-Borçalı bölgəsində ağır çəkili, uzun, lakin yumşaq və parlaq xovlu, müxtəlif ölçülü və sadə kompozisiyalı xalçalar toxunub. Bu qrupa aid olan xalçaları dünyada məşhurlaşdıran onların qədimliyi, bədii quruluşunun sabitliyidir. Onların kompozisiya quruluşunda əsrlər boyunca formalaşmış mücərrəd, həndəsi, stilizə edilmiş naxışlar üstünlük təşkil edir. Bölgədə toxunan "Namazlıq"lar beynəlxalq ekspertlər tərəfindən tarixiliyinə, unikal tərtibatına, zəngin naxışlarına görə hər zaman yüksək qiymətləndirilib.

Hər naxışı duyğular palitrası olan, keçmişimizdən xəbər verən Qazax-Borçalı xalçaları zəngin mədəniyyətimizin, xalq təfəkkürünün məhsuludur. Bu xalçaların yaşadılması, gələcək nəsillərə ərməğan edilməsi vacib məsələlərdən biridir. Odur ki, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti bu bölgədə üç filial yaradıb. Onlardan biri də Qazax rayonundadır.

"Azərxalça" ASC-nin Qazax filialı 2017-ci ilin sonlarında fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il martın 3-də  filialın fəaliyyəti ilə tanış olub.

Ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filialın binası 150 toxucunun çalışması üçün nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Xalça-satış salonunda "Azərxalça" ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçirilir.

Ünvan: Qazax şəhəri. Tel: (+994502787927)

Bu qalereyadakı cəmi şəkil sayı - 14

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu