Close

MENYU

“Azərxalça” ASC-nin Tovuz filialı

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialı 2017-ci ilin sonlarında fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il mart ayının 4-də filialın fəaliyyəti ilə tanış olub.

15833359652727949362

Filialda müxtəlif ölçülü 43 dəzgahda əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrində toxunan orijinal xalçaların çeşniləri əsasında xalçaların istehsalına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal, ləvazimat və alətlərlə təmin edilib. Burada 150 toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.

Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Toxucular Tovuz şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça"nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Filialın xalça-satış salonunda "Azərxalça" ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçirilir.

Ünvan: Tovuz rayonunun Düz Cırdaxan kəndi. Tel: (+994502787923)

Bu qalereyadakı cəmi şəkil sayı - 14

heyder-eliyev-merkezi

prezident-az

mehriban-eliyeva

heyder-eliyev-fondu

mehriban-eliyeva

heyder-eliyev-fondu